Qazaxda “Yarat... İnkişaf et... Töhfə ver...” layihəsinin məlumatlandırma sessiyası baş tutub
Avropa
İttifaqının dəstəyi ilə UNICEF Azərbaycan Respublikasnın Gənclər və İdman
Nazirliyinin və Gənclər Fondunun dövlət dəstəyi ilə "Azərbaycan Hökuməti və
BMT-nin birgə Gənclər Evi təşəbbüsü” proqramını həyata keçirir. Bu gün Qazax
Gənclərin Inkişaf və Karyera Mərkəzində Proqram çərçivəsində Konstitusiya
Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan "Yarat... İnkişaf
et... Töhfə ver...” layihəsinin məlumatlandırma sessiyası baş tutub. "Yarat...
İnkişaf et... Tövhə ver...” layihəsinin məqsədi incəsənət vasitələrindən
istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və
bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərinin həyata
keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrinin
idarəçiliyinə hazırlamaqdır. Layihə
zamanı 6 pilot ərazidə (Bakının Binəqədi və Xəzər rayonları, Mingəçevir, Qazax,
Şəmkir və Biləsuvar rayonları) yerləşən Gənclər Evləri və Gənclərin İnkişaf və
Karyera Mərkəzlərinin vasitəsilə ərazidə yaşayan 150 nəfər gənc üçün 2
mərhələli sosial layihələrin idarəçiliyi təlimləri keçiriləcək, icmalarda kiçik
təşəbbüsləri reallaşdıracaq layihə komandalarına 3 aylıq mentorlardan fərdi və
onlayn konsultasiya, İctimai Forumda iştirak imkanları yaradır. Məlumatlandırma
sessiyası zaman layihə koordinatoru Gülnarə İsmayılova layihənin mərhələləri,
seçim kriteriyaları haqda iştirakçılara ətraflı məlumat verib.
GOYEZEN.AZ
Facebook-da paylaş