"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə turnir keçirilib
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə gənclər arasında "Nə? Harada?
Nə zaman?" intellektual oyunu üzrə turnir keçirilib.
Qazax Gənclər Mərkəzində reallaşan
yarışda 17 komandanın heyətində 85 gənc iştirak edib.
Turnirin yekun nəticələrinə görə
müstəqil "Panteon" komandası I yeri tutub. Bakı Dövlət
Universitetinin Qazax filialının "Hermes" kollektivi II pillədə
qərarlaşıb. Müstəqil "Volfram" komandası isə III yerə layiq görülüb.
Qalib və mükafatçılar Qazax GİKM
tərəfindən diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş