• Təqvim

  • Unutma

  • Maraq



Çaylı kəndində 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş olub


"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədilə 23 dekabr 2019-cu il tarixdə Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi istiqamətində görülən işlər uğurla davam etdirilir.

Bugünkü maarifləndirici görüş isə rayonun böyük yaşayış məntəqələrindən sayılan Çaylı kəndində yaşayan və 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə olub.

Görüşdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov, 107 saylı Qazax Dairə Seçki Komissiyasının baş məsləhətçisi Vüsal Hüseynov və Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Mehman Eyvazov tərəfindən maarifləndirici söhbətlər aparılıb. 30 nəfərdən artıq gəncin iştirak etdiyi görüşdə onları maraqlandıran suallar cavablandırılıb.



 

GOYEZEN.AZ



Facebook-da paylaş