• Təqvim

  • Unutma

  • Maraq



"Əxlaqi dəyərlər və inkişafa gedən yolda olan maneələr" mövzusunda təlim keçirilib


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin "Sosial iş" fakültəsinin II kurs tələbəsi Musa Paşayev tərəfindən "Əxlaqi dəyərlər və inkişafa gedən yolda olan maneələr" mövzusunda təlim keçirilib.

Təlim zamanı M.Paşayev əxlaqi dəyərlər və onların cəmiyyətin inkişafına təsirləri, inkişafa mane olan ünsürlər - komplekslər, tənqid və təhqir, düşünmənin formaları, neyro-linqvistik proqramlaşdırma (NLP) mövzuları üzrə öz bilgilərini paylaşıb.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş