• Təqvim

  • Unutma

  • Maraq



Ümummilli Liderin anım günü ilə əlaqədar “Heydər Əliyev gənclərin gözü ilə” başlığı altında tədbir keçirilib


Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin ikinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Ümummilli Liderin anım günü ilə əlaqədar "Heydər Əliyev gənclərin gözü ilə” başlığı altında tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə açaraq Ulu Öndər, dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin gənclər siyasəti sahəsində gördüyü mühüm işlərdən danışıb. Qeyd edib ki, Ulu Öndərin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. S.Namazov Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunmasının təşəbbüskarının da məhz Ümummilli Lider olduğunu vurğulayıb və idmançıların həmin günü minnətdarlıq hissi ilə qeyd etdiklərini bildirib. Əsasını Ulu Öndərin qoyduğu idman siyasətinin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bir daha diqqətə çatdırıb.

Sonra Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, fəal gənc Şəhadət Abbasov, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Musa Paşayev və Qənirə Musayeva mövzu ilə bağlı ətraflı çıxış ediblər.

 

GOYEZEN.AZ



Facebook-da paylaş