• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda reallaşan “Şəhidimiz” kampaniyasına 100-dən artıq gənc qoşulub


Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi”nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə "Şəhidimiz” kampaniyası ilə start verilib.

"Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilərək, onlarla həmrəylik nümayiş olunub.

Bu kampaniya çərçivəsində Gənc Könüllülər və RİİB Könüllüləri əvvəlcəQazaxda şəhərin mərkəzində Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə yaradılmış Şəhidlərxiyabanını ziyarət ediblər.



 

Sonra Qazax rayonunun 8 kəndində - Daş Salahlı, İkinci Şıxlı, Kosalar, Ağköynək, Abbasbəyli, Ürkməzli, DəmirçilərAslanbəyli kəndlərində 9 şəhidin ailəsinə baş çəkib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Ümumilikdə, Qazaxda 2 gün ərzində reallaşan kampaniyaya 100-dən artıq gənc qoşulub.

Xatırladaq ki, "Şəhidimiz” kampaniyasına Respublika Prezidenti cənab İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılmışdır. Ənənəvi olaraq, gənclər "Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.











 

GOYEZEN.AZ



Facebook-da paylaş