• Təqvim

  • Unutma

  • Maraq



"Gənc könüllülər" "Qazax Konserv Zavodu" ASC-də olub


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Gənc könüllülər"in ekskursiya etdiyi növbəti məkan kənd təsərrüfatı məhsulları emal edən "Azərsun-HoldinqMMC-nin "Qazax Konserv Zavodu" ASC olub.

Zavodla yaxından tanış olan "Gənc könüllülər”ə bildirilib ki, "Qazax Konserv Zavodu" ASC-nin açılışı ölkə prezidenti cənab İlham Əliyevin 2012-ci ilin 12 aprelində Qazax rayonuna səfəri zamanı reallaşıb. Qeyd olunub ki, zavod meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Müəssisədə bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulub. Zavodun fəaliyyətə başlaması respublikamızda meyvə-tərəvəz istehsalının artmasında, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasında mühüm rol oynayır.

Gənclərə zavodda tədarük olunan məhsullar barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, "Qazax Konserv Zavodu" ASC qənnadı-şirniyyat sektorunda geniş istifadə edilən, qış mövsümündə də təzəliyini və vitaminlərini qoruyub saxlayan dondurulmuş meyvə və giləmeyvə istehsalı ilə məşğul olur. Qeyd olunub ki, zavodda ildə 5 min ton kartof tədarük olunur. 60 ton albalı, 20 ton feyxoa dondurulur (şoklanır). Bundan əlavə, zoğal, albalı, çiyələk kimi meyvələr də dondurularaq saxlanılır. 40 ton tənək yarpağı turşusu da qoyulur. Bildirilib ki, zavodda əsas sahə demək olar ki, aqrar sahədir. Hazırda zavodda 80 nəfər işlə təmin olunub. Lakin mövsümə uyğun olaraq işçi sayı da artır.



GOYEZEN.AZ



Facebook-da paylaş