Qazax GİKM-nin nəzdində "Eco Club" və "Game Club" təsis olunub
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində "Eco
Club" və "Game Club" təsis olunub.
"Eco Club"un
yaradılmasında məqsəd ətraf mühitin qorunmasında fəal iştirak etmək, təbiətə qarşı
qayğıkeş münasibəti formalaşdırmaq, ekoloji problemlərin həlli yollarını
axtarmaq və gəncləri təbiətin qorunması ilə bağlı fəaliyyətə cəlb etməkdir.
"Game
Club"da isə əsasən həftə sonları gənclərin asudə vaxtlarının səmərəli
təşkili məqsədilə müxtəlif əyləncəli və interaktiv oyunların keçirilməsi nəzərdə tutulub.
GOYEZEN.AZ
Facebook-da paylaş