• Təqvim

  • Unutma

  • Maraq



"Gənc könüllü"lər Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzinə ekskursiya edib

 

 

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Gənc könüllü"lər Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

Burada gənclər Ümummilli Liderin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar. Onlara Ulu Öndərin xilaskarlıq missiyası, həmçinin Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar barədə ətraflı məlumat verilib.

Sonda könüllülər mərkəzin planetariumunda kainat haqqında maraqlı filmlər izləyiblər.




GOYEZEN.AZ



Facebook-da paylaş