• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında "Breyn Rinq" formatı üzrə növbəti intellektual yarış təşkil olunub


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında "Breyn Rinq" formatı üzrə növbəti intellektual yarış təşkil olunub.

Qazax Gənclər Mərkəzində keçirilən yarışda 3 komandadan 15 nəfər gənc iştirak edib.

Səsələndirilən 30 sualın yekunlarına görə, "Azərbaycan Beynəlxalq Bank” ASC-nin Qazax filialının komandası yarışın qalibi adını qazanıb.

"Kapital Bank" ASC-nin Qazax filialının komandası II, "N" saylı hərbi hissənin komandası isə III yerləri tutublar.

Qalib komanda Qazax GİKM tərəfindən kubokla, I,II və III yerləri tutmuş komandaların üzvləri isə müvafiq diplomlarla təltif olunublar.







GOYEZEN.AZ

 



Facebook-da paylaş