Qazaxda 21 sentyabr - "Beynəlxalq Sülh Günü"nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi və
Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 21 sentyabr - "Beynəlxalq
Sülh Günü"nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Qalereyada baş tutan müsabiqədə ümumilikdə 20-dək gənc
rəssamın əl işləri nümayiş olunub. Müsabiqənin nəticələrinə görə Cəfərov Cavid Hacırəhim
oğlu I yerə layiq görülüb. Quliyev Eşqin Əmir oğlu II və Carçılı Ema Ramil qızı
isə III yerləri tutublar. Qaliblər Qazax GİKM tərəfindən
müvafiq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Digər
iştirakçılar isə fəxri fərmanlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş