• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş intellektual yarış keçirilib


Bu gün Qazax Gənclərin İnkişf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə hərbi qulluqçular arasında intellektual yarış keçirilib. Yarışda 4 komandanın heyətində 12 nəfər gənc hərbçi iştirak edib.

"Breyn Rinq” formatında reallaşan yarışda ən çox suala düzgün cavab verən "Aselsan” komandası I yerə layiq görülüb. "Şəfəq” komandası II, ZRAB komandası isə III yeri tutub. Qalib komandaya kubok təqdim olunub. Bütün mükafatçı komandaların üzvləri isə müvafiq diplom və medallarla təltif olunublar.

Həmçinin, tərxis olunan əsgərlər arasında viktorina keçirilib. İki əsgər - Qayıbxanov İsa Bəxtiyar oğlu və Məmmədov Elmar Sərkər oğlu qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Yarışın keçirilməsində göstərdikləri köməkliyə görə hərbi hissənin komandiri əvəzi polkovnik-leytenant Vüsal Sadıqov və hərbi hissənin zabiti mayor Rauf Qənbərov da Qazax GİKM tərəfindən təşəkkürnamə ilə təltif olunublar.








GOYEZEN.AZ



Facebook-da paylaş