Qazaxda Azərbaycan Skautlar Assosiasiyasının təqdimat mərasimi keçirilib
Bu gün
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyasının təqdimat mərasimi
keçirilib. Qazax Gənclər Mərkəzində
reallaşan tədbirdə ilk olaraq Azərbaycan Skautlar Assosiasiyasının Gəncə-Qazax
regionu üzrə müvəkkili İntiqam Rzayev skautlar hərəkatının, təmsil etdiyi
qurumun tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. İ.Rzayev
həmçinin uşaqların və gənclərin özünüinkişafında, lider kimi formalaşmasında
skautların müstəsna rolunun olduğunu qeyd edib. Daha
sonra Heydər Əliyev parkında mini düşərgə simulyasiyası nümayiş etdirilib.
Burada çadırların qurulması və sökülməsi üzrə praktiki məşğələ keçirilib.
Gələcəkdə rayonumuzda da skaut dəstələrinin və qruplarının yaradılması
perspektivləri müzakirə edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş