Qazaxda 28 May - Respublika Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə
Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığıyla 28 May - Respublika
Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Tədbiri giriş sözü ilə Qalereyanın direktoru
Münəvvər Xəlilova açaraq "28 May”ın xalqımızın dövlətçilik tarixində müstəsna
yerə malik olduğunu vurğulayıb. Daha sonra çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov bu kimi müsabiqələrin
gənc rəssamların püxtələşməsində böyük rol oynadığını qeyd edib. Sonda Qazax GİKM-nin direktoru İsmayıl Süleymanov
Mərkəz haqqında qısa məlumat verərək burada gənclərin hərtərəfli inkişafı
istiqamətində münbit şəraitin yaradıldığını söyləyib. Çıxışlar bitdikdən sonra gənc fırça ustalarının əl
işlərinə baxış keçirilib. Mütəxəssislərinin yekdil rəyinə görə, Carçılı Ema
Ramil qızının rəsm əsəri I yerə layiq görülüb. Quliyev Eşqin Əmir oğlu və
Məmmədova Aydan Müşfiq qızı müvafiq olaraq II və III yerləri tutublar. Qalib və
mükafatçılar Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif
olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş