Qazaxda “Antistress” təlimlərinə start verilib
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində "Antistress” təlimlərinə
start verilib. Bu məqsədlə ilk olaraq Bakı Dövlət Universitetinin Qazax
filialında tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra
Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi-psixoloqu Kəmalə Cəfərova
və Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin müəllimi Şəlalə
Məhərrəmova tələbələr qarşısında imtahan öncəsi stressin və gərginliyin
azaldılması yolları barədə məsləhət xarakterli məlumatlar veriblər. BDU Qazax filialının
tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış
edərək bu mövzuda təlimlərin vacibliyini vurğulayıb. Tədbirin
sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Təlimdə 60 tələbə
iştirak edib. Növbəti təlimlərin orta ümumtəhsil məktəblərində keçirilməsi
nəzərdə tutulub. GOYEZEN.AZ
Facebook-da paylaş