• Təqvim

  • Unutma

  • Maraq



Növbəti "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ənənəvi rayon turniri keçirilib


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual Oyunları Klubunun təşkilatçılığı ilə növbəti "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ənənəvi rayon turniri keçirilib.

Qazax Gənclər Mərkəzində reallaşan yarışda 33 komandanın heyətində 155 gənc iştirak edib.

Yarışın birinci mərhələsində səslənən 15 suala ən çox düzgün cavab verən 8 komanda final mərhələsinə vəsiqə qazanıb. Həlledici mərhələnin nəticələrinə görə "Stronsium" komandası I, "Xəmsə" komandası II, "Carpe Diem" komandası isə III yerə layiq görülüb.

Qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunublar.




GOYEZEN.AZ



Facebook-da paylaş