• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda həyata keçirilən “Karyeranı bizimlə qur” layihəsi uğurla başa çatıb


Qazaxda Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Karyeranı bizimlə qur” layihəsi uğurla başa çatıb.

Layihə çərçivəsində Gənclər Mərkəzində təşkil olunan 2 həftəlik təlim kursunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin təlimçisi Rafət Şirəliyev həyata keçirib.

Layihənin məqsədi işsiz və işaxtaran gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarət olub. Layihə çərçivəsində əmək bazarında işaxtaran gənclər müxtəlif təlim və seminarlarda iştirak ediblər.

Layihə periodu işaxtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma metodları, şəbəkənin genişləndirilməsi, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi olmaqla bir neçə mərhələdən ibarət olub.

"Karyeranı bizimlə qur” layihəsi qazaxlı gənclər tərəfindən maraqla qarşılanıb.



GOYEZEN.AZ



Facebook-da paylaş