• Təqvim

  • Unutma

  • Maraq



Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş "Heydər Əliyev gənclərin gözü ilə" başlıqlı tədbir keçirilib


Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Növbəti tədbir Qazax rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. "Heydər Əliyev gənclərin gözü ilə" başlıqlı tədbirdə Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət edib və ulu öndərin mənalı həyatı ilə bir daha tanış olublar.

Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək Heydər Əliyevin gənclər siyasəti sahəsindəki əvəzsiz xidmətlərindən söz açıb. Azərbaycanda gənclər siyasətinin əsasının məhz ulu öndər tərəfindən qoyulduğunu bildirib.

Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, BDU Qazax filialının V kurs tələbəsi Güllü Qocayeva, II kurs tələbəsi Səbinə Camalova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Tutu Qocayeva çıxış edərək ümummilli liderin gənclər siyasəti sahəsində gördüyü işlərin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.








GOYEZEN.AZ 



Facebook-da paylaş