• Təqvim

  • Unutma

  • Maraq



Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual oyunlar klubunun təşkilatçılığı ilə növbəti rayon turniri keçirilib


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual oyunlar klubunun təşkilatçılığı ilə gənclər arasında "Nə? Harada? Nə zaman?" və "Erudit-Kvartet"  intelletual oyunları üzrə rayon turniri keçirilib.

Aprelin 26-da Qazax Gənclər Mərkəzində reallaşan yarışda orta ümumtəhsil məktəblərindən, Bakı Dövlət Universiteti Qazax filialından, Qazax Dövlət Sosial-İqtisadi Kollecindən və müstəqil olmaqla 32 komanda mübarizə aparıb.

"Nə? Harada? Nə zaman?" formatı üzrə start götürən turnirin ilk hissəsində ən çox xal toplayan 8 müstəqil komanda – "Mont Blanc”, ”Stronsium”, "Skandium”, "Andromeda”, "Extreme”, "Orion”, "Nobelium” və "Sarkazm” - "Erudit-Kvartet” mərhələsinə vəsiqə qazanıb. Bu komandalardan "Orion”, "Nobelium”, "Mont Blanc” və ”Stronsium” yarım final qruplarında yüksək nəticə göstərərək finala yüksəlib.

Finalda "Nobelium” komandası I yerə, "Stronsium" komandası II yerə, "Mont Blanc” komandası isə III yerə layiq görülüb.

Qalib və mükafatçı komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar.

Qeyd edək ki, rayon turnirində ümumilikdə 128 gənc iştirak edib.






GOYEZEN.AZ



Facebook-da paylaş