Qazaxda "Gənclərin Məşğulluğu Proqramı"nın təqdimat mərasimi keçirilib
Aprelin
24-də Qazax Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun
Gənclərlə İş şöbəsinin aparıcı mütəxəssisi Emil Yusifov tərəfindən Gənclər
Fondu və Fondun elan etdiyi "Gənclərin Məşğulluğu Proqramı"nın
təqdimat mərasimi keçirilib.
E.Yusifov
"Gənclərin Məşğulluq Proqramı” eləcə də, Azərbaycan Gənclər Fondunun gənclər
üçün təklif etdiyi imkanları haqqında qısa məlumat verib. Yaşı 18-29 olan
orta-ixtisas təhsil müəssisələri və ya ali təhsil müəssisələrini
bitirmiş və hazırda heç bir yerdə çalışmayan gənclərə bildirilib ki, qeydiyyat
elektron formada aparılır və müvafiq müraciətə 30-45 gün ərzində baxılaraq,
nəticələr açıqlanır. Müraciətinə müsbət cavab alanlar
proqram çərçivəsində işə cəlb olunaraq əmək haqlarının 50 faizə qədəri 12 ay
müddətinədək Gənclər Fondu tərəfindən subsidiyalaşdırılacaqdır. Qeyd olunub ki, maliyyələşmə üzrə qərar qəbul
edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə
üstünlük veriləcəkdir. Gənclər, həmçinin, Fond və Məşğulluq Xidməti tərəfindən
təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı da əldə edəcəklər.
Qeyd edək ki, Gənclərin Məşğulluq proqramı Azərbaycan Respublikasının
Gənclər Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Məşğulluq Xidməti ilə birlikdə həyata keçirilir.
Tədbirdə
ümumilikdə 60 nəfər gənc iştirak edib. GOYEZEN.AZ
Facebook-da paylaş