• Təqvim

  • Unutma

  • Maraq



"Nə?", "Harada?" və "Nə zaman?" intellektual oyunu keçirilib

"Nə?", "Harada?" və "Nə zaman?" intellektual oyunu keçirilib
Qazax Gənclər Mərkəzində 02 Fevral Gənclər Gününə həsr olunmuş "Nə?", "Harada?" və "Nə zaman?" intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun orta ümumtəhsil məktəbləri, BDU-nun Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kollecindən və müstəqil komandalar da daxil olmaqla 20 komanda (ümumilikdə 100 nəfərdən çox iştirakçı) qələbə uğrunda mübarizə aparıb.
"Nə?", "Harada?" və "Nə zaman?" intellektual oyunu keçirilib
Nəticələrə görə orta məktəb şagirdlərindən təşkil olunmuş müstəqil komanda olan "İstiqlal" komandası I yerə, Qazax şəhər 1 saylı tam orta məktəbin "Edelveys" komandası II yerə, Hüseynbəyli kənd tam orta məktəbin "İceberg" komandası isə III yerə layiq görülüb.
"Nə?", "Harada?" və "Nə zaman?" intellektual oyunu keçirilib
Qalib komanda kubokla və diplomlarla, II və III yerə çıxmış komandların üzvləri isə müvafiq diplomlarla təltif olunublar.

GOYEZEN.AZ


Facebook-da paylaş