Qazaxda “Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” adlı layihə çərçivəsində seminar keçirilib
27-28
fevral 2019-cu il tarixlərində Qazax Dövlət Sosial-İqtisadi Kollecində
Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan
Gənclər Fondu / Azerbaijan Youth Foundation) maliyyə dəstəyi və "Gələcəyə Körpü" GİB-nin
təşkilatçılığı ilə icra edilən "Region gəncləri müasir çağırışların fəal
iştirakçısı kimi” adlı layihənin seminarları baş tutub.
Layihənin
əsas məqsədi ölkənin qərb regionunda yerləşən Qazax, Ağstafa, Samux, Daşkəsən,
Goranboy, Şəmkir, Göygöl, Gədəbəy və Tovuz rayonlarında yeniyetmə və gənclərə
keçiriləcək seminarlar vasitəsilə onların şəxsi və peşəkar inkişaflarına təkan
vermək, ictimai və sosiallığını gücləndirmək və gənclər üçün yaradılan xidmət
və imkanlar (Gənclər Fondu və onun imkanları) haqqında onları
maarifləndirməkdir. GOYEZEN.AZ
Facebook-da paylaş