• Təqvim

  • Unutma

  • Maraq



Rayon gəncləri Həmrəylik Gününü möhtəşəm bayram tədbiri ilə qeyd edib

Rayon gəncləri Həmrəylik Gününü möhtəşəm bayram tədbiri ilə qeyd edib
Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayon gənclərinin bayram şənliyi keçirilib.

Qazax Olimpiya İdman Kompleksində təşkil olunan şənlikdə Bakı Dövlət Universiteti Qazax filialının, Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, eyni zamanda cəbhəyanı kəndlərdən ümumilikdə 80 nəfər gənc iştirak edib.

Tədbirə həmçinin aprel döyüşlərinin iştirakçıları və aprel şəhidlərinin ailə üzvləri, eləcə də “N” saylı hərbi hissənin əsgərləri də dəvət olunub.
Rayon gəncləri Həmrəylik Gününü möhtəşəm bayram tədbiri ilə qeyd edib
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gəncləri səmimi qəlbdən təbrik edib, onlara qarşıdan gələn 2017-ci ildə yeni-yeni nailiyyətlər arzulayıb.

MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qarabağ qazisi, ehtiyatda olan baş leytenant Kamil Musəvi və başqaları çıxış edərək gəncləri bayram münasibətilə təbrik ediblər.
Rayon gəncləri Həmrəylik Gününü möhtəşəm bayram tədbiri ilə qeyd edib
Daha sonra bayram şənliyi konsert proqramı ilə davam edib.

Gənc şairlərdən Taleh Mansurov və Mahmud Məmmədov şeirlər səsləndiriblər.

Gənc müğənni Nəsimi Kamaloğlunun ifasında səslənən rəngarəng mahnılar əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələrinin sərgilədikləri məzəli səhnəcik tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Rayon gəncləri Həmrəylik Gününü möhtəşəm bayram tədbiri ilə qeyd edib
Sonda Şaxta baba və Qar qız tədbir iştirakçılarına bayram sovqatları paylayıb.

GOYEZEN.AZ


Facebook-da paylaş