• Təqvim

  • Unutma

  • Maraq



“Gənclər narkomaniya və narkobiznesə yox deyir!”

“Gənclər narkomaniya və narkobiznesə yox deyir!”
Qazax rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər narkomaniya və narkobiznesə yox deyir!” başlığı altında tədbir keçirilib.

Gənclər Mərkəzində keçirilən tədbirdə Bakı Dövlət Universiteti Qazax filialının və Qazax Dövlət Sosial İqtisadi Kollecin tələbələri, şəhər ümumtəhsil məktəblərinin şagirdləri və KİV nümayəndələri iştirak edib.

Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq narkomaniyanın dəhşətli bir bəla, sağalmaz bir xəstəlik olmasından, narkomaniyaya düçar olmuş hər bir gəncin ilk növbədə cəmiyyətimiz üçün böyük sosial təhlükə və cinayət potensialı olmasından söz açıb.

Qeyd edib ki, narkotik maddələrin qanunsuz dövriyyəsinin artması, narkotiklə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar içərisində yeniyetmə və gənclərə də təsadüf edilməsi böyük təəssüf hissi doğurur.

V.Nəbiyev çıxışı zamanı gənclər və idman idarəsi olaraq rayon təhsil, səhiyyə şöbəsi, rəsm qalereyası və digər təşkilatlarla birgə rayonun ali və orta ümumtəhsil məktəblərində, kənd bələdiyyələrində narkomaniya ilə mübarizə məqsədilə görülən maarifləndirici tədbirlərdən də danışıb.

Sonra mövzu ətrafında çıxışlar olub. Çıxışlarda narkomaniya və onun fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
“Gənclər narkomaniya və narkobiznesə yox deyir!”
Rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, polis şöbəsinin sahə inspektoru Amil Budaqov, rayonun baş narkoloqu Nahidə Osmanova, təhsil şöbəsinin metodisti Məhəmməd Cəfərov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və gözünü itirən yaralı zabit, baş leytenant Kamil Musavi və başqaları çıxış edərək gəncləri zərərli vərdişlərdən uzaq olmağa, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə çağırıblar.

Tədbirdə narkomaniya və onun törətdiyi fəsadlardan, bu bəlaya qarşı mübarizə yollarından bəhs edən videoçarx nümayiş olunub.

Sonda tədbir iştirakçılarına əyani vəsaitlər paylanılıb.

GOYEZEN.AZ


Facebook-da paylaş