“Qara Bağ – Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı sənədli filmin nümayişi maraqla qarşılanıb » Göyəzən internet portalı


“Qara Bağ – Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı sənədli filmin nümayişi maraqla qarşılanıb

“Qara Bağ – Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı sənədli filmin nümayişi maraqla qarşılanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi uğurla həyata keçirilir.

Layihə çərçivəsində çəkilmiş “Qara Bağ – Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı sənədli filmin ikinci təqdimat mərasimi Ağstafa Gənclər Mərkəzində keçirilib.

Tədbiri giriş sözü ilə Qazax rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi və filmin ssenari müəllifi İsmayıl Süleymanov açaraq layihə haqqında qısa məlumat verib.
“Qara Bağ – Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı sənədli filmin nümayişi maraqla qarşılanıb
Sənədli filmin nümayişindən sonra Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar şöbəsinin baş məsləhətçisi Şahhüseyn Qurbanov və Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəis müavini Kamilə Zamanova çıxış edərək film haqqında yüksək fikirlər səsləndirib, layihənin aktual xarakter daşıdığını və bu mövzuda işlərin daha intensiv olmasının vacibliyini vurğulayıblar.

Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar şöbəsinin baş məsləhətçisi Məhəmməd Məmmədov, Ağstafa rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov, 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin məsləhətçiləri Elçin Rüstəmov və Arif Abbasov, eləcə də, idarə, müəssisə və təşkilatlardan, ümumilikdə 50 nəfər iştirak edib.

“Qara Bağ – Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı sənədli filmin nümayişi maraqla qarşılanıb
“Qara Bağ – Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı sənədli filmin nümayişi maraqla qarşılanıb
“Qara Bağ – Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı sənədli filmin nümayişi maraqla qarşılanıb
GOYEZEN.AZ


Facebook-da paylaş