• Təqvim

  • Unutma

  • Maraq

“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində ilk tədbir keçirilib.

Qazax Dövlət Rəsm Qalereyasında “Qara bağ – Qaranlığın palitrası” başlığı altında keçirilən rəsm müsabiqəsində 20-dən çox gənc rəssam öz əl işlərini nümayiş etdirib.

Qazax rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq layihə barədə ətraflı məlumat verib.
“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova keçirilən müsabiqənin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.
“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib
Sonra əl işlərinə baxış keçirilib. Münsiflərin yekdil qərarına əsasən Xəqani Əliyev və Nəzrin Nağdalıyevanın işləri ən yüksək qiymətə layiq görülüb. Nuray Xasməmmədova və Coşqun Əlizadə müsabiqənin ikincisi olublar. Eşqin Quliyev, Fərid Mikayılov isə sonrakı yeri qazanıblar.

Qalib və mükafatçılar müvafiq Diplomlar və qiymətli hədiyyələrlə təltif olunublar. 15 nəfərə isə həvəsləndirici Diplom verilib.

“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib
“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib
“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib
“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib
“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib
“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib
“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib
“Qara bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib
GOYEZEN.AZ

Facebook-da paylaş