Qazaxlı gənclər arasında Kompyuter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının rayon mərhələsi keçirilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclər arasında Kompyuter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının rayon mərhələsi keçirilib

Qazaxlı gənclər arasında Kompyuter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının rayon mərhələsi keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq Qazax rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında Kompyuter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının rayon mərhələsi keçirilib.

Gənclər Mərkəzində keçirilən yarışın "Counter-Strike: Global Offensive" növü üzrə 17 komandadan 85 nəfər gənc qələbə uğrunda mübarizə aparıb. Eyni zamanda, yarışda orta ümumtəhsil məktəbləri ilə yanaşı, Bakı Dövlət Universiteti Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin komandaları da iştirak ediblər.

25 apreldə yarışın birinci turu, 26 aprel tarixində isə həlledici mərhələ yarışları keçirilib. Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin "Empire" komandası birinci, S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin "DeJaVu" komandası ikinci, F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəbin "Uraqan" komandası isə üçüncü yerə layiq görülüblər.

Qalib və mükafatçılar rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Mükafatlandırma mərasimində iştirak edən Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Gülnar Quluyeva və məsləhətçi Səba Paşayeva qalib komandaları təbrik edib, yeni-yeni uğurlar arzulayıblar.

Məlumat üçün qeyd edək ki, şəhər 3 saylı tam orta məktəbin "Empire" komandası 2 may 2018-ci il tarixdə Göygöl şəhərində keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcəkdir.

Qazaxlı gənclər arasında Kompyuter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının rayon mərhələsi keçirilib
Qazaxlı gənclər arasında Kompyuter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının rayon mərhələsi keçirilib
Qazaxlı gənclər arasında Kompyuter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının rayon mərhələsi keçirilib
Qazaxlı gənclər arasında Kompyuter Oyunları üzrə XII Azərbaycan Milli Çempionatının rayon mərhələsi keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş