"Ailə-məişət zorakılığı" mövzusunda dəyirmi masa keçirilib » Göyəzən internet portalı


"Ailə-məişət zorakılığı" mövzusunda dəyirmi masa keçirilib

"Ailə-məişət zorakılığı" mövzusunda dəyirmi masa keçirilib
Bu gün Qazax rayon Gənclər və İdman İdarəsinin təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Qazax Dövlət Sosial-İqtisadi Kolleci ilə birlikdə "Ailə-məişət zorakılığı" mövzusunda dəyirmi masa keçirilib.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kollecin "İdeoloji Mərkəz" zalında keçirilən tədbirdə müəllim və tələbələr, KİV nümayəndələri iştirak edib.

Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən çəkilmiş "Fidan" qısametrajlı filmi nümayiş etdirilib.

Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə Komissiya"nın katibi Gülnar Quluyeva, rayon qeydiyyat şöbəsinin müdiri Məsumə Səmədova, kollecin I kurs tələbəsi Səbinə Nuruşova və III kurs tələbəsi Mələk Məmmədova mövzu ətrafında çıxış edib, keçirilən tədbirin və filmin gənclərin erkən nikaha və ailə-məişət zorakılığına qarşı maarifləndirilməsində böyük rol oynadığını qeyd ediblər.

Aktiv müzakirələr şəraitində keçən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

"Ailə-məişət zorakılığı" mövzusunda dəyirmi masa keçirilib
"Ailə-məişət zorakılığı" mövzusunda dəyirmi masa keçirilib
"Ailə-məişət zorakılığı" mövzusunda dəyirmi masa keçirilib
"Ailə-məişət zorakılığı" mövzusunda dəyirmi masa keçirilib
"Ailə-məişət zorakılığı" mövzusunda dəyirmi masa keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş