SƏMƏD VURĞUNUN ADINA LAYİQ » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



SƏMƏD VURĞUNUN ADINA LAYİQ

SƏMƏD VURĞUNUN ADINA LAYİQ
SƏMƏD VURĞUNUN ADINA LAYİQ
Azərbaycan poeziyasının günəşi, böyük söz ustadı Səməd Vurğunun adına Qazaxda heykəllər, büstlər, poeziya evi var. Azman söz ustadının dünyaya gəldiyi Novruz bayramı ərəfəsində isə Qazaxın xəritəsinə daha bir ünvan daxil oldu: SƏMƏD VURĞUN PARKI.

SƏMƏD VURĞUNUN ADINA LAYİQ
Yeni park bayram ərəfəsində qazaxlılara, vurğunsevərlərə verilən ən böyük hədiyyə oldu. Park demək olar ki, yüksək səviyyədə yenidən qurulmuş, əsaslı şəkildə təmir olunmuşdur. Parkın ərazisinə başdan-başa tamet daşı döşənmiş, ətrafında səliqə-sahman yaradılmışdır. Yaşıllıq salınmasına xüsusi diqqət yetirilmiş və bura həmişəyaşıl gül kolları, dekarativ ağaclar əkilmişdir. Bunun nəticəsidir ki, yeni istirahət məkanı yaşıllığa qərq olmuşdur. Bura gələn sakinlərin oturub istirahət etmələri üçün parkın ərazisinə başdan-başa milli ornamentli oturacaqlar qoyulmuş, gözəl şərait yaradılmışdır.

SƏMƏD VURĞUNUN ADINA LAYİQ
SƏMƏD VURĞUNUN ADINA LAYİQ
SƏMƏD VURĞUNUN ADINA LAYİQ
Yeni istirahət məkanının gündüzü nə qədər gözəldisə, gecəsi ondan da gözəldir. Parkın ərazisində yeni işıqlandırma sistemi qurulmuş və sözün əslı mənasında bura nura qərq olmuşdur. Ona görə də mübaliğəsiz olaraq deyə bilərik ki, park gecələr göz oxşayır.

SƏMƏD VURĞUNUN ADINA LAYİQ
SƏMƏD VURĞUNUN ADINA LAYİQ
Rayonumuzun sakinləri, eləcə də Qazaxa qonaq gələnlər Səməd Vurğun adına parkı əsaslı şəkildə təmir etdirdiyinə və yüksək səviyyədə yenidən qurulmasına göstəriş verdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirirlər.

Səməd Vurğunun şeirlərinin birində deyildiyi kimi: DÜNYADA QALACAQ ANCAQ YARADAN[

SƏMƏD VURĞUNUN ADINA LAYİQ
SƏMƏD VURĞUNUN ADINA LAYİQ
SƏMƏD VURĞUNUN ADINA LAYİQ
SƏMƏD VURĞUNUN ADINA LAYİQ
SƏMƏD VURĞUNUN ADINA LAYİQ
SƏMƏD VURĞUNUN ADINA LAYİQ
Elçin İSMAYIL


Facebook-da paylaş