Əsas Səhifə > Ədəbiyyat > “Gənc Könüllülər”in "Bir-birimizi qoruyaq” aksiyası bu gün də davam edib

“Gənc Könüllülər”in "Bir-birimizi qoruyaq” aksiyası bu gün də davam edib


21-05-2020, 23:30


Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutaraq, Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) "Bir-birimizi qoruyaq” adlı yeni kampaniyaya start verib.

AKƏM-nin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i aksiyanı bu gün də davam etdirib.

Bu kampaniya çərçivəsində gənclər əhalinin kütləvilik təşkil etdiyi "Əsədoğlu" supermarketində vətəndaşlar arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və maska paylayıblar.







GOYEZEN.AZ


Geri qayıt