Əsas Səhifə > Ədəbiyyat > Qazax Rayon İcra Hakimiyyəti Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə Qazax rayonundan olan gənclər arasında “İsmayıl Şıxlı yaradıcılığına gənclərin baxışı” adlı məqalə müsabiqəsini elan edir

Qazax Rayon İcra Hakimiyyəti Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə Qazax rayonundan olan gənclər arasında “İsmayıl Şıxlı yaradıcılığına gənclərin baxışı” adlı məqalə müsabiqəsini elan edir


14-04-2019, 12:31


Müsabiqə "İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli sərəncamının mahiyyətinə uyğun olaraq, Xalq yazıçısı İsmayıl Şıxlının ədəbi-bədii irsinin təbliği, Qazax rayonundan olan gənclər arasında ədəbiyyata olan marağın artırılması, həmçinin, İ.Şıxlı əsərlərindəki  vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə keçirilir.

Müsabiqəyə 29 yaşa qədər gənclər qatıla bilər. Müsabiqədə iştirak etmək istəyənlərə ad və soyad, təvəllüd, əlaqə nömrəsi qeyd etməklə yazdıqları məqaləni 2019-cu il aprel ayının 30-dək qeyd olunan elektron ünvana göndərmələri xahiş olunur. (email: akif_a_off@mail.ru əlaqə telefonu (050) 791-21-11)

Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə yazılmış məqalələrə üstünlük veriləcəkdir.

Münsiflər heyəti tərəfindən seçilmiş məqalələrin müəllifləri diplom və təşəkkürnamə ilə təltif ediləcəklər. Həmçinin, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. 

Yekun olaraq seçilmiş məqalələrdən ibarət jurnal çap olunacaqdır.

GOYEZEN.AZ


Geri qayıt