Qazaxda “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
Bu gün
Qazax Rayon İcra Hakimiyyətinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə
təşkilatçılığı ilə "Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda
dəyirmi masa keçirilib. Rayon
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, Mənəvi
Dəyərlərin Təbliği Fondunun, AMEA-nın əməkdaşları, Azərbaycan Yazıçılar Birliyi
Qazax zona filialının üzvləri, ziyalılar, təhsil, mədəniyyət işçiləri, universitet
və kollec tələbələri, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Fondun
icraçı direktorunun müavini Rəfi Qurbanov çıxış edərək İmadəddin Nəsiminin Azərbaycan
xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri
olduğunu bildirib. Qeyd edib ki, O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri
üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana
gətirmişdir. Nəsimi fəlsəfi məqamı dəyərlərimizin ifadə forması, eləcə də
dəyərlərə bağlılığı aşılayan məqamdır. AYB Qazax
zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək
böyük şair, filosof İmadəddin Nəsiminin dərin, sarsılmaz inam və işıqlı ideal
sahibi olduğunu, sözün böyük mənasında Nəsiminin öz həqiqətini, öz "ənəlhəq”ini
yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə
əfsanələrə çevirdiyini, mərdanə və amansız ölümü ilə təbliğ və təsdiq etdiyini
diqqətə çatdırıb. AMEA-nın Tarix
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı
vurğulayıb ki, Nəsimi insanların qəlbini, onların iç dünyasını ilahi ustalıqla
özünəməxsus zəngin söz yaradıcılığı ilə tərənnüm edən müəllim və ustaddır. O,
qeyd edib ki, Nəsimi özümüzə qayıdışın, eyni zamanda milli kimliyimizin fəlsəfi
və ilahi tərənnümüdür. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu
gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır. AYB Qazax zona filialının ədəbi məsləhətçisi,
şair Mustafa Rasimoğlu, filialın üzvlərindən şair Səhlədar Hidayətoğlu və
Mübariz Qaragözlü də tədbirdə çıxış edərək böyüş şair haqqında ürək sözlərini
çatdırıb, onun Azərbaycan ədəbiyyatına və gələcək nəsillərə bəxş etdiyi dəyərli
söz incilərindən danışıblar. Tədbir mövzu ətrafında geniş müzakirələrlə
davam edib. GOYEZEN.AZ
Qazax RİHB aparatında İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd
Orucov tədbiri giriş sözü ilə açaraq qonaqları rayon rəhbərliyinin adından
salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Respublika
Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın ziyalılarımıza, şairlərə, söz adamlarına
verdiyi yüksək dəyərdən danşıb. M.Orucov böyük Azərbaycan şairi İmadəddin
Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında ölkə Prezidentinin imzaladığı
18 noyabr 2018-ci il tarixli, 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında imzaladığı
11 yanvar 2019-cu il tarixli Sərəncamları şairin simasında Azərbaycan
ədəbiyyatına və ziyalısına verilən ən böyük qiymət olduğunu bildirib. Birinci
vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik
yubileyi münasibətilə 650 min ağacın əkilməsi ideyasını dahi şairin xatirəsinə
ehtiramla yanaşı, ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət daşıdığını
qeyd edib və yüksək qiymətləndirib. Tarixən elm, sənət beşiyi sayılan Qazaxda belə
bir tədbirin keçirilməsini yüksək dəyərləndirib və Fondun rəhbərliyinə
minnətdarlığını çatdırıb.
Facebook-da paylaş