• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Bu gün Azərbaycanıilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasından 107 il ötür. Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı, Mirvarid Dilbazi Məclisinin təşəbbüsü ilə Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib. 

"Fəxri qazaxlılar” parkında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, məktəb direktorları, mədəniyyət işçiləri, Bakıdan qonaq gəlmiş ziyalılar, şairlər, aşıqlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə şairin parkda yerləşən büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.




 

Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Xalq şairi Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılığından söz açıb. Bildirib ki, XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri - Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır. B.Vüsal qeyd edib ki, M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirmişdir. M.Dilbazi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində öz dəstxəti, öz sözü olan sənətkarlardandır. Poeziyamızda silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanizm, yüksək insani dəyərlər, vətənpərvərlik onu xalqa sevdirib. Bildirib ki, yaradıcılığı yüksək qiymətləndirilən M.Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, "Şərəf nişanı”, "Qırmızı əmək bayrağı”, "İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində Ümummilli Llider Heydər Əliyev şəxsən iştirak edib. Respublika Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. B.Vüsal Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şairlərimizə, yazarlarımıza, aşıqlarımıza göstərilən diqqət və qayğıdan da söz açıb. Qazaxda keçirilən yubiley tədbirlərinin, anım günlərinin artıq bir ənənə halını aldığını, hər bir tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Bu il ölkə başçısı İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncamı ilə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin ölkə səviyyəsində qeyd edildiyini, həmin Sərəncamdan irəli gələn vəzifələrin rayon rəhbərliyi tərəfindən də layiqincə yerinə yetirildiyini vurğulayıb. Yubileylə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bu gün Xalq şairi Mirvarid Dilbazinin ildönümü ilə bağlı tədbirin keçirilməsini ziyalılara verilən qiymətin daha bir bariz nümunəsi kimi qiymətləndirib.

Mirvarid Dilbazi Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlı, sədr müavini, gənc şairə Nuranə Təbriz, ağsaqqal şair, şairənin qohumu Zaməddin Ziyadoğlu, AYB-nin təmsilçisi Güləmail Murad, Azərbaycan yazıçısıpublisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, AYB-nin üzvlərindən şairə Tamella Poladlı, Gülsənəm Cəlili, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şairə Zərəngiz Dəmirçi Qayalı, rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qafar Sarıvəlli çıxış edərək M.Dilbazi ilə bağlı xatirələrindən danışıb, ürək sözlərini çatdırıblar. Bugünkü tədbirin təşkilinə görə əziyyəti keçən insanlara minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, M.Dilbazi öz zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. O, nəinki böyüklər, eyni zamanda, uşaqlar üçün də şeirlər yazıb. Bunun nəticəsidir ki, onun şeirləri bu gün də sevilə-sevilə oxunur. Ömrünü poeziyamızın zənginləşməsinə həsr edən M.Dilbazinin həm çox dəyərli bir şair, həm müqəddəs bir ana, həm də bu Vətənin qürur simvolu kimi yaddaşlara yazıldığını vurğulayıblar. Doğma Azərbaycanı qarış-qarış gəzmiş şairin onun hər guşəsinin gözəlliyini dərindən duya-duya, mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olduğunu, təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə aldığını söyləyiblər.

Aşıqlardan Hüsən Kəmərli, Kifayət Şəmistanqızı, Saqif Məzəmli çıxış edərək M.Dilbazinin ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıb, onun şeirlərini saz havaları üstdə oxuyublar. Tədbirdə şairin şeirləri, eləcə də ona həsr olunmuş şeirlər səslənib. Sonda xatirə şəkli çəkdirilib.














GOYEZEN.AZ



Facebook-da paylaş