İsmayıl Şıxlının 100 illiyi münasibətilə rəsm müsabiqəsi elan olunub
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Qazax
Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi və Ağstafa regional mədəniyyət
idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli Xalq yazıçısı
İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarının sakinləri
olan uşaqlar, yeniyetmələr və gənclər arasında "Mən bu yurdun
övladıyam” adlı rəsm müsabiqəsini elan
edir. Müsabiqə "İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli
Sərəncamının mahiyyətinə uyğun olaraq, Xalq yazıçısı İsmayıl Şıxlının bədii
irsinin təbliği, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarının
sakinləri arasında incəsənətə marağın artırılması, bölgənin mədəni həyatının
zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin, vətənəpərvərlik və doğma
yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və
yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı
uşaq və gənclərin üzə çıxarılması məqsədilə keçirilir. Müsabiqəyə 29 yaşa qədər uşaq, yeniyetmə və gənclər
qatıla bilər. Müsabiqədə iştirak etmək istəyənlər (Ad və soyad, təvəllüd, əlaqə
nömrəsi, oxuduğu məktəbin adını qeyd etməklə) 1 və ya 2 əsərini 2019-cu
il may ayının 10-dək Qazax Dövlət Rəsm Qalereyasına (ünvan: Qazax şəhəri,
Heydər Əliyev prospekti 75, əlaqə telefonu: (022) 295-10-15, (050) 791-21-11) təqdim etməlidir. Münsiflər heyəti tərəfindən
öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən
müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin,
valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim
olunmasını arzu edirik. Müsabiqə iki turdan ibarət olacaqdır. I turdan keçmiş əsərlər əvvəlcə Qazax Dövlət Rəsm
Qalereyasında nümayiş olunacaq və oradan seçilmiş əsərlərdən ibarət ikinci
sərgi Bakı şəhərindəki Xətai Sənət Mərkəzində təşkil ediləcəkdir. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri
diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.)
təşəkkürnamə ilə təltif olunacaq. I Yer - molbert və yağlı boya dəsti II Yer - molbert və yağlı boya dəsti III Yer - yağlı boya dəsti Həvəsləndirici - 10 nəfər yağlı boya dəsti Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyə olunan
mövzular: - Xalq yazıçısı İsmayil Şıxlı
irsinin təbliği, ədibin əsərlərinə çəkilmiş illüstrasiyalar, İsmayıl Şıxlının
özünün və onun əsərlərindəki obrazların, qeyd olunan məkanların təsviri,
həmçinin, "Dəli Kür” filmindən kadrların və personajların təsviri; - Bölgəyə məxsus sənət
nümunələri (xalça, dulusçu, misgər); - Bölgəyə aid tarixi abidələr,
yerli mətbəx nümunələri; - Qədim əşya və ya bölgə üçün
xarakterik olan qədim geyimlərin təsviri; - Bölgə üçün xarakterik olan musiqi
və müxtəlif sənət alətinin təsviri; - Bu bölgədən çıxmış dahi
şəxsiyyətlərin obrazlarının təsviri; - Hərbi vətənpərvərlik mövzusu; - Yaşayış bölgəsinin,
məhəllənin, küçənin, həyətin və təbiətin təsviri; GOYEZEN.AZ
Facebook-da paylaş