• Təqvim

  • Unutma

  • Maraq



Vətən belə sevilir, torpaq belə qorunur

Qarabağ döyüşlərində bir ayağını və bir gözünü itirmiş,
ehtiyatda olan baş leytenant Kamil Musaviyə ithaf edirəm


Vətən belə sevilir, torpaq belə qorunur
Torpaq uğrunda əgər,
Ölən varsa Vətəndi.
Qorusan qibləgahın,
Bacarmasan kəfəndi.
Dünyanın budur ən ilk,
Yazılmamış qanunu.
Vətən belə sevilir,
Torpaq belə qorunur.
Vətən belə sevilir, torpaq belə qorunur
Qazaxdan Qarabağın,
Haray verdin səsinə.
Girdin bu gənc yaşında,
Ölüm-dirim “dərsinə”.
Tutdun əlində silah,
Döyüş-vuruş yolunu.
Vətən belə sevilir,
Torpaq belə qorunur.
Vətən belə sevilir, torpaq belə qorunur
Dedin, Vətən sağ olsun,
Qürur duydum səsində.
Həmişə öndə oldun,
Kəşfiyyat bölməsində.
Sırada durdun sən də,
Uca tutdun boyunu.
Vətən belə sevilir,
Torpaq belə qorunur.
Vətən belə sevilir, torpaq belə qorunur
Döyüşlərin birində,
Tökdün qızıl qanını.
Düşmənin gülləsinə,
Sipər etdin canını.
İtirdin ayağını,
Gözlərinin nurunu.
Vətən belə sevilir,
Torpaq belə qorunur.
Vətən belə sevilir, torpaq belə qorunur
Tarix, zaman yetirir
Sən tək igidi, mərdi.
Yoxsa qisas alovu,
Alışmazdı sönərdi.
Yanan közə çevirdin,
Öləziyən qorunu.
Vətən belə sevilir,
Torpaq belə qorunur.
Vətən belə sevilir, torpaq belə qorunur
Səngərdə yağılara,
Yetdi qüvvətin, gücün.
Döyüşdün düşmənindən,
İntiqam almaq üçün.
Sən silaha çevirdin,
Ürəyinin odunu.
Vətən belə sevilir,
Torpaq belə qorunur.
Vətən belə sevilir, torpaq belə qorunur
Tezlik ilə qələbə,
Günəşi də doğular.
Qoy var olsun Vətəndə,
Sənin kimi oğullar.
Gətirəcək düşmənin,
Məhvə gedən sonunu.
Vətən belə sevilir,
Torpaq belə qorunur.

Vətən belə sevilir, torpaq belə qorunur
Elçin İSMAYIL,
01 dekabr 2016-cı il


Facebook-da paylaş