Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir » Göyəzən internet portalı


Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir

Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir
Qazax rayon polis şöbəsi tərəfindən narkomaniyaya, dini radikalizmə və erkən nigaha qarşı silsilə tədbirlər keçirilir.

Növbəti belə bir tədbir bu gün M.Hüseyn adına məktəb-liseydə həyata keçirilib.

Məktəbin akt zalında keçirilən tədbirdə polis şöbəsinin rəhbərliyi və əməkdaşları, rayon təhsil şöbəsinin, rayon gənclər və idman idarəsinin nümayəndələri, müəllim və şagirdlər, valideynlər, mətbuat işçiləri iştirak edib.

Məktəbin direktoru Tahirə Comərdova giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, son illər rayonun hüquq-mühafizə orqanları tərəfindən keçirilən maarifləndirici tədbirlərin nəticəsidir ki, neqativ halların sayı xeyli dərəcədə azalıb və keçirilən bu cür tədbirlər öz bəhrəsini verib.
Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir
Rayon polis şöbəsinin rəisi, polkovnik-leytenant Ədalət Əliyev “Narkomaniyaya yox deyək”, “Radikal və ekstremist yönümlü dini təriqətlərin qanunsuz fəaliyyətinin qarşısının alınması istiqamətində görülmüş işlərin vəziyyətinə dair”, “Erkən nigah” mövzularında geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, əsrimizin bəlası olan narkomaniyaya, dini radikalizmə və erkən nigaha qarşı ölkəmizdə, eləcə də Qazax rayonunda ciddi və barışmaz mübarizə aparılır. Bu məqsədlə həm hüquqi tədbirlər görülür, həm də əhali arasında, xüsusilə yeniyetmələr arasında təbliğat və maarifləndirici işlər həyata keçirilir. Ə.Əliyev öz çıxışında bildirib ki, bu bəlaya düçar olmuş insanlar haqqında hüquqi tədbirlər görülüb və bu işlər çox ciddi şəkildə davam etdiriləcəkdir.
Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir
Sonra rayon təhsil şöbəsinin müdir müavini Zakir Nəsibov, rayon gənclər və idman idarəsinin rəis müavini Sahib Namazov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, narkoloq-həkim Nahidə Osmanova çıxış edərək aparılan mübarizə işlərindən, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın, dini radikalizmin və erkən nigahın törətdiyi fəsadları özündə əks etdirən bukletlər paylanılıb.

Eyni mövzularda daha bir görüş isə Kosalar kəndində keçirilib.

Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir.

Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir
Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir
Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir
Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir
GOYEZEN.AZ


Facebook-da paylaş