Piyada zolaqları ilə bağlı VACİB YENİLİK » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Piyada zolaqları ilə bağlı VACİB YENİLİK

Piyada zolaqları ilə bağlı VACİB YENİLİK

İnzibati Xətalar Məcəlləsinə piyadalara yol verilməməsi ilə bağlı dəyişikliklər edilib. Belə ki, daha sürücülər piyadaya piyada keçidinə daxil olan kimi yol vermək məcburiyyətində deyil. Yəni sürücü piyadanın hərəkət surətinə, istiqamətinə mane olmamaq şərti ilə hərəkətinə davam edə bilər.

GOYEZEN.AZ Lent.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Sputnik-ə açıqlamasında bildirib ki, istənilən halda sürücü piyadaya piyada keçidində yol verməlidir. Sürücü piyadanın hərəkətinə, hərəkət sürətinə mane olmamalıdır: "Əgər piyada piyada zolağına yeni ayaq basıbsa, sürücü ikinci zolaqla hərəkət edirsə, o dayanıb piyadanı gözləməməlidir. Əgər sürücü dayanıb 4-6 saniyə piyadanı gözləyərsə, həmin ərazidə nəqliyyat sıxlığı yarana bilər. Bu baxımdan sürücü piyadaya mane olmamaq şərtilə yolu ilə hərəkət edə bilər. Və yaxud şəhərdə çox zolaqlı yollar var. Sürücü dayanıb piyadanı saatlarla gözləməməlidir". K. Əliyev bildirir ki, əvvəllər qanunda göstərilirdi ki, piyada ayağını piyada zolağına qoyan kimi avtomobillər dayanıb, ona yol verməlidir. Sürücü ilə piyada arasında 10-15 metr məsafə varsa, piyadanı gözləmək vaxt itkisidir. Sürücü piyada ilə məsafəni nəzərə alıb hərəkətinə davam etməlidir: "Əgər sürücü piyadanın yaxınlığında olduğunu və hərəkətinin piyadanın həyatı üçün təhlükə olduğunu görürsə, sürücünün hərəkəti piyadanın hərəkətinə mane və yaxud istiqamətini dəyişməsinə səbəb olursa, sürücü dayanıb piyadaya yol verməlidir".


Facebook-da paylaş