Yel çәrşәnbәsi günündә әsәn isti külәklәr yazın gәlişindәn xәbәr verir » Göyəzən internet portalı


Yel çәrşәnbәsi günündә әsәn isti külәklәr yazın gәlişindәn xәbәr verir

Yel çәrşәnbәsi günündә әsәn isti külәklәr yazın gәlişindәn xәbәr verir
Bu il, 2017-ci ildə Hava (Yel) çərşənbəsi martın 7-nə düşür. Xalq arasında “Külәk oyadan çәrşәnbә”, “Külәkli çәrşәnbә” kimi tanınan Yel çәrşәnbәsi ilaxır çәrşәnbәlәrin üçüncüsüdür. Müasir zamanımızda isә Yel çәrşәnbәsi xalqın arasında Külәk çәrşәnbәsi kimi dә çağrılır. Әlbәttә yelin insanların düşüncәsindә havanın mәnasını kәsb edir vә insanların hәyatın yaranışından etibarәn onunla nәfәs aldığını vurğulayır. Lakin bәzәn sadәcә yel, külәk kimi dә mәnalandıran tәdqiqatçılar olmuşdur. Baharın gәlişi ilә havaların dәyişmәsi, durmadan hәzin külәklәrin vә mehlәrin olması insan alәmindә dә müxatәlif dәyişikliklәrә yol açır. Xüsusәn rayonlarda vә kәndlәrdә yaşayan insanların әkin–biçinindә, onların zәmilәrindә hәzin külәklәrin olması torpağın yavaş–yavaş oyanmasına işarәdir.

Üçüncü çәrşәnbә sayılan yel digәrlәrindәn insanların fәaliyyәtlәrinә vә adәt ¬ әnәnәlәrindә әks olunan fәrqliliklәrә görә seçilir. Mәhz bu çәrşәnbә günü bütün evlәrdә tәmizlik işlәrinә başlanılır. Xüsusәn qadınlarımız, qızlarımız evdә tam mәnada tәmizliyә riayәt etmәyә başlayırlar. Hәr bir xanım evindәki yorğan, döşәyi havaya atır vә onun tәzә gәlәn bahar nәfәsilә yenilәnmәsini, çıxan günәşin tәsiri altında daha da tәmizlәnmәsini istәyirlәr. Hәmçinin evlәrdә hәr tәrәf silinib, tәmizlәnir, palazlar, xalçalar çırpılır, şüşәlәr, pәncәrәlәr silinmәyә başlanılır.
Yel çәrşәnbәsi günündә әsәn isti külәklәr yazın gәlişindәn xәbәr verir
Ümumiyyәtlә isә insanlar yelin yәni külәyin insanlara xoş vә şirin tәsürratlar gәtirәcәyini inanırlar. Yel çәrşәnbәsindә әsәn külәklәr bir gün әrzindә bir neçә dәfә istiqamәtini dәyişir. Hәtta külәklәrin durmadan siti vә soyuq olmasına da rast gәlmәk mümkündür. Bu da әvvәlki çәrşәnbә olan Od çәrşәnbәsindә qeyd etdiyimiz Boz ayla әlaqәdar olaraq formalaşır. Bu çәrşәnbә dә digәrlәrindә olduğu kimi hamının qapısında, hәyәtindә tonqallar qalanır. Eyni ilә digәr çәrşәnbәlәrdә olduğu kimi yenә insanlar bu tonqalların üzәrindәn tullanırlar.
Yel çәrşәnbәsi günündә әsәn isti külәklәr yazın gәlişindәn xәbәr verir
İnama görә bu çәrşәnbәdә oyanan yel, külәk oyanmış suyu, odu hәrәkәtә gәtirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilә bağlı müxtәlif nәğmә, әfsanә, rәvayәt, mif,inanc, mәsәl vә s. yaranmışdır. Novruz şәnliklәrindә icra olunan Yel baba mәrasimi öz kökü etibarilә qәdim әcdadlarımızın Yel tanrısına etiqadı ilә bağlıdır.
A Yel baba, Yel baba,
Tez gәl, baba, gәl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.

Dәn dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sәnә, gәl baba.

Yel Çәrşәnbәsi haqqında inanclara görә:
Yel baba xırmana gәlmәmişdәn qabaq oradan buğda, dәn götürmәzlәr. Sovurulmamış buğdagötürәnin oğlu ölәr. Yeli әsdirәni söymәzlәr. Yel çәrşәnbәsi gecәsi söyüd ağacının altına gedib niyyәt elә vә Yel babanı çağır. Әgәr Yel baba sәnin sәsini eşidib әssә vә söyüdün budaqlarını torpağa toxundursa, dilәyin yerinә yetәr.

Tәdarüklәr
Yel çәrşәnbәsi günü tonqallar qalanır, evlәrdә südlü plov vә ya bulğur aşı bişirilir. Süfrәyә daha çox quru meyvә vә dәnli bitkilәrdәn hazırlanmış çәrәzlәr düzülür. Qadınlar axır çәrşәnbә üçün hazırlıqlar görürlәr. Xanımlar uşaqlar üçün tәzә paltar biçib ¬tikir. Qız¬-gәlinlәr qoz¬fındığı lәpәlәyib şirniyyat hazırlığı tәdarükü görürlәr. Hәmin gün bir qarış böyümüş sәmәninin ortasına qırmızı qumaş bağlanır.
Bayatılar
Yelli babam, Yel babam
Yelli babam, Yel babam.
Telli babam, Tel babam.
Elim, günüm batdı gәl,
Çәrpәlәngim yatdı gәl.

Tәknәdә qaldı aşım,
Yatdı dәgirman daşım…
Yelli babam, Yel babam.
Telli babam, Tel babam.
Güllü babam, Gül babam.
Dәrdimi gәl bil babam,
Gәl babam, ay gәl babam!

Dağdan yel әsir yenә,
Sәbrimi kәsdi yenә.
Getdin, mәni eylәdin
Yolunda әsir yenә.
Yel әsәr, toz qoparar,
Ağacdan qoz aparar.
Yellә gәlәn bәlanı,
Yel özü dә aparar.



Facebook-da paylaş