Qazaxlılar zamanı qabaqlayıb » Göyəzən internet portalı


Qazaxlılar zamanı qabaqlayıb

BAŞ REDAKTOR YAZIR----------------------------------


8 ay ərzində rayonda görülən tikinti-quruculuq və
abadlıq işləri buna əyani sübutdur


Qazaxlılar zamanı qabaqlayıb
Özünün tarixi günlərini yaşayan Qazax bu gün quruculuq və inkişaf dövrünə qədəm qoyub. İndi həyatımızın elə bir sahəsi yoxdur ki, orada bir yenilik, tərəqqi və quruculuq olmasın. Görülən çoxşaxəli və genişmiqyaslı işlərin nəticəsidir ki, bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Ən xarakterik cəhət isə odur ki, tikinti-quruculuq işləri tək şəhərdə deyil, kəndlərdə, hətta sərhəddəki yaşayış məntəqələrində belə aparılır. Ona görə də mübaliğəsiz olaraq demək olar ki, Qazaxın dörd bir tərəfində, rayon mərkəzində, eləcə də sərhəd kəndlərində insanlar qurub-yaradır. Görülən bu genişmiqyaslı və çoxşaxəli işlərin bünövrəsində isə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tükənməz enerjisi və rəhbərliyi dayanır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutan icra başçısı apardığı məqsədyönlü işlərlə rayonumuzun daha da inkişaf etməsi, Qazaxın respublikamızın ən inkişaf etmiş rayonlardan birinə çevrilməsi üçün bütün qüvvə və bacarıqlarını əsirgəmir. Mübaliğəsiz olaraq deyə bilərəm ki, rayonda bütün insanlar var qüvvələri ilə çalışırlar. Bu da qazaxlıların öz rəhbərlərinə olan inam və etimadından irəli gəlir.

İndi Qazaxda sakinlər hər gün bir yeniliyin, bir müasirliyin şahidi olmağa alışmışlar. Ötən 8 aydan çox bir müddət ərzində müasir bir görkəmə düşən, daha da yaraşıqlı və gözəl olan Qərbin qapısı başdan-başa yaşıllığa qərq olur, öz gözəlliyi ilə get-gedə daha çox könül oxşayır. Gecələr isə özgə bir görkəmi var Qazaxın. Süd rənginə boyanmış küçə və meydanlar yanan gur işıqların fonunda bərq vuraraq insanlarda xoş təəssürat oyadır.
Qazaxlılar zamanı qabaqlayıb
Oktyabr ayının 19-da isə Qazax daha bir tarixi gün yaşadı. Möhtərəm Prezidentimiz İlham Əliyev rayona səfərə gəldi. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi, “Daş Salahlı” yarımstansiyasının açılışı, “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının və Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimat mərasimlərində iştirak etdi. Ölkə başçısı rayonda görülən işləri yüksək qiymətləndirdi, öz tapşırıq və tövsiyələrini verdi.
Qazaxlılar zamanı qabaqlayıb
Bu gün torpağına, özünə, öz zəhmətinə inamı qayıdan qazaxlılar böyük bir hünərlə, tükənməz qüvvə və enerji ilə çalışır, şəhər və kəndlərdə xaruqələr yaradırlar.
Bəzən adamın inanmağı belə gəlmir. İnanmağı gəlmir ki, 8 ay ərzində saya gəlməyən, illərlə vaxt tələb edən işlər görülüb başa çatdırılmışdır. Bu, nə qədər qəribə səslənsə də, belədir. Az bir zaman kəsiyində Kosalar kəndinə 11 km uzunluğunda asfalt yol çəkilmiş, neçə-neçə kəndin yolları əsaslı təmir olunmuşdur. Düşmənlə üz-üzə dayanan Məzəm kəndində 21 ailənin həyətində ümumi uzunluğu 1381 p/m olmaqla, 4143 kv.m istinad divarı çəkilmişdir. Bu hasarlar kənd sakinlərini düşmənin atdığı güllələrdən qoruyur.
Qazaxlılar zamanı qabaqlayıb
Quşçu Ayrım kəndində illərdən bəri yığılıb qalmış problemlər də öz həllini tapmışdır. Düşmənin atəş nöqtəsinə yaxın olan evlərin pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə lazımi tikinti materialları verilmiş və bir neçə evin pəncərələri artıq hörülmüşdür. Kənddəki bulaq təmir olunaraq əsaslı şəkildə yenidən qurulmuşdur. Kəndarası bütün yollara çınqıl daşınıb tökülmüş və hamarlanmışdır. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə də Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir. Bala Cəfərlidəki 24 evin dam örtüyü dəyişdirilmişdir.
Qazaxlılar zamanı qabaqlayıb
Qazaxlılar zamanı qabaqlayıb
Qazaxlılar zamanı qabaqlayıb
Şəhid qəbiristanlıqları əsaslı şəkildə təmir edilərək onların adlarına layiq hala salınmışdır. Aprel şəhidlərinin adları əbədiləşdirilmiş, şəhərin mərkəzində bulaqlar çəkilmişdir. Eyni işlər şəhid polislərin xatirəsinə tikilmiş bulaqlarda da həyata keçirilib. Hələ bu harasıdır. Yüz illərlə içməli suya həsrət qalmış Qazaxbəyli kəndinin su problemi bir həftə ərzində öz həllini tapmış, Ürkməzli, Aslanbəyli, Alpoud kəndlərinə də yeni su xətti çəkilmişdir.
Qazaxlılar zamanı qabaqlayıb
Rayonun I Şıxlı kəndində tikilmiş kəndli-fermer təsərrüfatı, Daş Salahlı, Çaylı və Yuxarı Salahlı kəndlərində yeni inşa olunmuş və əsaslı şəkildə yenidən qurulmuş məktəb binaları, qazılan artezian quyuları görülən işlərin miqyasını və coğrafiyasını genişləndirməklə yanaşı onu daha da zənginləşdirir. Şəhərdə aparılan tikinti-quruculuq işləri isə ayrıca bir yazının mövzusudur.
Qazaxlılar zamanı qabaqlayıb
Qazaxlılar zamanı qabaqlayıb
Bu gün şəhərə qədəm basarkən hər addımda göz oxşayan bir yeniliyin, bir gözəlliyin şahidi olursan. Obelisk rayonumuz haqqında elə ilk baxışdan yüksək bir fikir, gözəl bir əhval-ruhiyyə yaradır. Təyyarə Abidə Kompleksi isə insanda böyük bir qürur hissi oyadır. Məşəl Meydanına baxmaqdan doymaq olmur. Heydər Əliyev prospekti yeni bir görkəm almışdır. Fəxr yerimiz olan Bayraq Meydanı öz əzəməti, öz müasirliyi və möhtəşəmliyi ilə diqqəti özünə cəlb edir. Yeni bağça binası isə yaxın vaxtlarda öz qapılarını körpə fidanların üzünə açacaqdır.
Qazaxlılar zamanı qabaqlayıb
Qazaxlılar zamanı qabaqlayıb
Qazaxlılar zamanı qabaqlayıb
Qazaxlılar zamanı qabaqlayıb
Qazaxlılar zamanı qabaqlayıb
Havaların soyumasına, qış olmasına baxmayaraq quruculuq işləri bu gün də davam edir. Artıq Fəxri Qazaxlılar parkı əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir. Respublika Prezidentinin sərəncamına əsasən ayrılmış vəsaitlə şəhərdəki çoxmənzilli binaların təmirinə başlanılıb və bu proses sürətlə davam etdirilir. Şəhərin bütün küçələrində, eləcə də parklarda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir.
Qazaxlılar zamanı qabaqlayıb
Qazaxlılar zamanı qabaqlayıb
Qazaxlılar zamanı qabaqlayıb
Rayonda görülən işləri saymaqla qurtaran deyil. Rayon rəhbərliyi Qazaxın ümumi problemlərini həll etməklə yanaşı insanların ayrı-ayrılıqda qarşılaşdıqları çatışmamazlıqlara da diqqət göstərir, onlara qayğı ilə yanaşaraq problemlərini həll edir.

Artıq sadaladığım zaman kəsiyində onlarla şəhid ailəsinin, müharibə veteranlarının, əlillərin, kimsəsiz adamların saysız-hesabsız problemləri aradan qaldırılmış, evləri təmir olunmuş, tikinti aparılmış, qayğıları ödənilmişdir. Ona görə də bu insanlar, eləcə də bütün rayon sakinləri rayon rəhbərliyini öz xilaskarları bilir, problemlərini ona deyir, onun diqqət və qayğısı sayəsində qarşılaşdıqları çətinliklərdən azad olurlar.

Bir sözlə, rayonun problemləri ilə bərabər insanların problemləri də həll edilir, həyat daha da gözəl və firavan olur. Ona görə də mübaliğəsiz olaraq deyə bilərəm ki, bu gün Qazaxda yaşamaq da, işləmək də gözəldir.

Elçin İSMAYIL


Facebook-da paylaş